Dərslər başlandı
Təhsil Nazirliyinin müvafiq qərarına əsasən 01 oktyabr 2020-ci il tarixindən V-IX sinif şagirdləri üçün əyani dərslər başladı. Karantin rejimi qaydalarına uyğun olaraq şagirdlər məktəbin həyətyanı sahəsində ara məsafəsi saxlanılaraq düzülüb, işçilərimiz tərəfindən hərarətləri ölçüldükdən sonra yenə eyni qaydada bir-bir siniflərə ötürülüb.