Birincilərin ilk günündən
Pandemiya ilə əlaqədar "Bilik günü"nə aid tədbirlər də təxirə salındığından məktəb-liseydə birinci sinfə başlayan birincilərin məktəbə gəlişi ənənəvi şəkildə deyil karantin qaydaları çərçivəsində tərtib olunub. Ara məsafəsi saxlanılaraq düzülən şagirdlər Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra məktəb-liseyin direktoru Şəmsi Qocayevin çıxışını dinləyib. Direktor çıxışında birincilərə məktəb həyatında uğurlar arzulayıb.