28 May - Respublika günü

       Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 illiyi münasibətilə məktəb-liseyin tarix müəllimi İlhamiyyə Əliyeva tərəfindən onlayn tədbir keçirilib. Dövlət himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə şagirdlərə video-çarx vasitəsilə geniş məlumat verilib, Məhəmməd Əmin Rəsulzadənin səsi dinlənildirilib. Məktəb-liseyin direktoru Şəmsi Qocayev çıxış edərək tariximizin bu əlamətdar səhifəsi, ölkəmizin keçdiyi inkişaf yolu barədə danışıb. Körpə fidanların gözəl ifaları, rəqsləri, şeirləri - Rüfətin saz, Ruzimin "Yaşa Azərbaycan" mahnısını ifası, Cümhuriyyət mahnısının, Heydər Əliyevin kəlamlarının səslənməsi tədbirə ayrı bir gözəllik qatıb. Məktəb-liseyin müəllimləri də 28 May - Respublika günü münasibətilə öz təbriklərini səsləndiriblər. Tədbir "Vətən, sənin bu bayramın mübarək" mahnısı ilə sonlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi