Laçının işğalından 28 il ötür
18 may 2020-ci il tarixdə keçirilmiş onlayn dərsdə məktəb-liseyin tarix müəllimi İlhamiyyə Əliyeva 5a, 5f, 6c və 7b sinif şagirdləri ilə günün mövzusuna uyğun "Laçının işğalından 28 il ötür" mövzulu məlumatlandırıcı dərs keçib. Şagirdlər dərsdə Laçına aid şeirlər söyləyərək işğal olunmuş digər torpaqlarımız haqqında ətraflı izahla tanış olublar. Dərsin gedişatında mövzuyla əlaqədar video-çarxlar da nümayiş olunub.