Onlayn tədbir keçirilib

          Məktəb-liseyin tarix müəllimi İlhamiyyə Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 97 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirib. Tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsiylə başlayıb. Himndən sonra III, V, VI, VIII sinif şagirdlərinin ümummilli liderə ithaf olunmuş şeir və mahnıları səslənib. Gözəl rəqs nümunələrinin də göstərildiyi tədbirdə Heydər Əliyevin müdrik kəlamlarından sitatlar gətirələrək dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən videoçarx və filmlər də nümayiş olunub. Ulu öndərin tarixi xidmətləri minnətdarlıqla xatırlanıb. Məktəb-liseyin direktoru Şəmsi Qocayevin çıxışı ilə tədbir sonlandırılıb. 


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi