Valideyn iclası keçirilib

      Məktəb-liseyin direktoru Şəmsi Qocayevin sədrliyi ilə IX sinif şagirdlərinin valideynləri ilə 01.05.2020-ci il tarixdə onlayn formatda iclas keçirilib. İclada IX sinif şagirdlərinin buraxılış imtahalarının I mərhələsində göstərdikləri nəticələr təhlil edilərək, hər bir şagirdin nəticələri ayrılıqda valideyninə təqdim edilib. Şəmsi  müəllim  zəif nəticə göstərən şagirdlərlə aparılacaq işlər haqqında ətraflı məlumat verərək valideynlərə əlavə məşğələ saatlarının cədvəlini təqdim edib. Sinif rəhbərlərinə tapşırıq verilib ki, 2020-2021-ci dərs ilində təmayül siniflərin təşkili məqsədilə onlayn qaydada valideynlərin və şagirdlərin istəyi öyrənilsin və təmayül siniflərin komplektləşdirilməsi üçün ilkin tədbirlər görülsün. Onlayn ərizələrin sinif rəhbərləri tərəfindən toplanaraq məktəb rəhbərliyinə təqdim edilməsi, habelə fənn müəllimlərinin təmayüllər üzrə şagird istəyinə rəy verməsi, obyektivliyin gözlənilməsi, valideynlərlə müntəzəm görüşlərin keçirilməsi qərara alınıb. 

Valideynlərin çoxsaylı suallarını cavablandıran Şəmsi Qocayev  vəziyyətdən asılı olaraq şagirdlərin iyun ayında qiymətləndirilməsinin həyata keçiriləcəyini qeyd etmiş, bunun hansı formada həyata keçiriləcəyi sualına isə yaxın vaxtlarda aydınlıq gətiriləcəyini bildirmişdir. O, qeyd etmişdir ki, Təhsil nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsində bu yöndə işlər aparılır və məktəblərə müvafiq təlimat veriləcəkdir. 

Sonda valideynlər dərslərin və əlavə məşğələlərin yüksək səviyyədə təşkilinə görə məktəb rəhbərliyi və müəllimlərə minnətdarlıqlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi