Növbəti xeyriyyə aksiyası

        Sosial yardımlaşma təşəbbüslərinə qoşulan 166 nömrəli məktəb-liseyin pedaqoji kollektivi onlayn formatda keçirilən Pedaqoji Şura qərarına uyğun olaraq  növbəti xeyriyyə aksiyasını keçirib. Belə ki, məktəb-liseyin müəllimləri və bu təşəbbüsə qoşulan valideynlər tərəfindən ölkədə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi səbəbindən ehtiyacı olan ailələrə müxtəlif formada yardımlar edilir.
Xeyriyyə aksiyasının ilk hədəfi valideynlərinin birini və ya hər ikisini itirmiş, eləcə də imkansız ailələrin uşaqları olmuşdur. Təşəbbüsü ilkin olaraq dəstəkləyən və adının çəkilməsini istəməyən bir valideyn 5 belə ailəni himayəsinə götürmüş və onların zəruri ehtiyaclarının ödənməsi üçün lazımi tədbirləri görmüşdür.
Sinif rəhbərlərinin  seçimi və aksiyanı təşkil edən komissiyanın müəyyən etdiyi kriteriyalara cavab verən 30 ailəyə isə məktəb-liseyin kollektivi tərəfindən müxtəlif ərzaq mallarından ibarət sovqat paketləri təqdim edilmişdir. Aksiyadan təxminən 200 nəfər yararlanmışdır. Şagirdlərini öz övladları bilən müəllimlər bu çətin anlarda da onları unutmadıqlarını, daim onlara dəstək olacaqlarını diqqətə çatdırmaqla həm də onlarda bəşəri duyğuların inkişafına, sosial yardımlaşmanın insanlığın xilas yolu olması qənaətinin möhkəmlənməsinə inam ifadə etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi