Dərs cədvəllərinin sistemə işlənməsinə başlanılıb

         Məktəb-liseydə Təhsil Nazirliyinin “virtual.edu.az” portalı vasitəsilə onlayn dərslərin keçilməsi üçün hazırlıqlar başa çatmaq üzrədir. Sınaq dərslərinin keçilməsi, tapşırıqların verilməsi və qəbulu prosesini mənimsəmiş müəllimlər növbəti həftədən digər vasitələrlə yanaşı qeyd edilən portaldan geniş istifadə edəcəklər.
Məktəb-liseyin direktoru Şəmsi Qocayevin “Time Tables” proqramında hazırlayaraq təsdiq etdiyi onlayn dərs cədvəlləri bu gündən etibarən sistemə yüklənəcəkdir. Dərs cədvəlləri həm ayrı-ayrı siniflər üçün, həm də fənn müəllimləri üçün hazırlanaraq  “whatsapp” vasitəsilə müəllimlərə və sinif rəhbərlərinə göndərilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi