Sinif rəhbərləri hesabat verib

          Məktəb-liseyin müəllim və şagirdlərinin “virtual.edu.az” saytında qeydiyyatı tam başa çatmış, xüsusi təlimə cəlb edilmiş müəllimlər tərəfindən digər müəllimlərə təlim keçilmişdir. Şənbə günü  baş tutan onlayn konfransda ayrı-ayrı sinif rəhbərlərinin və müəllimlərin hesabatı dinlənilmişdir. Sinif rəhbərləri rəhbəri olduqları siniflərdə oxuyan şagirdlərin qeydiyyatdan keçməsi, dərslərin təşkili vəziyyətindən danışmışlar. Konfransın sonunda məktəb-liseyin direktoru Şəmsi Qocayev çıxış edərək görülən işləri qiymətləndirmiş, hər bir müəllimin görəcəyi konkret işləri diqqətə çatdırmış, dərs cədvəllərinin hazır olduğunu bildirərək həmin cədvəllərin sistemə yüklənməsi üçün məsul şəxslərin görəcəyi işləri qeyd etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi