Heç kim diqqətdən kənarda qalmamalıdır!

         Məktəb-liseyin onlayn formada keçirilən Pedaqoji Şura iclasında şagirdlərin internetə çıxış imkanları, onlara bu və ya digər formada dəstək verilməsi müzakirə edilib. Tərbiyə işləri üzrə direktor müavini İlahə Haqverdiyeva çıxış edərək bildirib ki, bu gün dövlət imkansız insanlara öz qayğısını göstərir. Onların maddi ehtiyaclarının ödənilməsi üçün gərəkən addımları atır. Biz də müəllim və vətəndaş olaraq öz üzərimizə düşən vəzifələri yerinə yetirmək yönündə dövlətə dəstək olmalı, cənab Prezident İlham Əliyevin çağırışına qoşulmalıyıq. Belə ki, apardığımız təhlillər göstərir ki, valideynlərinin birini və ya hər ikisini  itirmiş şagirdlərimizlə yanaşı, imkansız ailələrdən olan və internetə çıxış imkanı olmayan şagirdlərimiz də vardır. Onlara bu çətin günlərdə maddi və mənəvi dəstək verilməsi zəruridir. Bununla əlaqədar olaraq bir neçə müəllim vəziyyəti müzakirə edərək qərara aldı ki, müəyyən qədər vəsait toplayaq və çətinlik çəkən şagirdlərimizə dəstək olaq. Bu təşəbbüsümüzə Pedaqoji Şuradan dəstək istəyiblər.

Məktəb-liseyin direktoru Şəmsi Qocayev bu təşəbbüsü alqışladığını bildirərək qeyd edib ki, belə  vəziyyətdə olan şagirdlərin və imkansız texniki işçilərin siyahısı hazırlanmalı, heç kim diqqətdən kənarda qalmamalıdır. Bunun üçün lazım olan tədbirlərin görülməsini tövsiyyə edərək təşəbbüsə qoşulduğunu və ilkin olaraq 100 manat ianə etdiyini bildirib. Daha sonra vəsaitin toplanması və lazımi ünvanlara çatdırılması üçün müvafiq qərarlar qəbul edilmiş, İlahə Haqverdiyevanın rəhbərliyi ilə komissiya yaradılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi