Virtual.edu.az saytında qeydiyyat

        Məktəb-liseyin onlayn formada keçirilən Pedaqoji Şura iclasında Təlim-tərbiyə işləri üzrə direktor müavini Xanım Xəlilova  məlumat verərək bildirib ki, müəllim və şagirdlərin "virtual.edu.az" saytında qeydiyyatı artıq başa çatıb. O, qeyd edib ki, müəllimlərin hamısı, şagirdlərin isə 90%-dən çoxu bu saytda qeydiyyatdan keçərək istifadəçi adı və şifrəni alıb. Kənarda qalan şagirdlər isə bayramda valideynləri ilə birlikdə rayona gedərək karantin səbəbindən geri qayıda bilməyən, habelə, internetə çıxış imkanı olmayan şagirdlərdir. Lakin həmin şagirdlərin müəyyən edilməsi və onların qeydiyyatdan keçməsi üçün lazımi dəstəyin göstərilməsi yönündə işlər də davam etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi