Onlayn Pedaqoji Şura iclası

       Məktəb-liseyin direktoru Şəmsi Qocayevin sədrliyi ilə onlayn Pedaqoji Şura iclası keçirilib. “Zoom” proqramı vasitəsilə baş tutan Pedaqoji Şurada sinif rəhbərlərinin karantin dövründə fəaliyyətinə dair hesabatlar dinlənilib, şagirdlərin və müəllimlərin  virtual.edu.az saytında qeydiyyatı, yaranan problemlər və onların həlli yolları müzakirə edilib. Bununla yanaşı onlayn dərslərin təşkili, keçirilməsi və şagirdlərin iştirakı haqqında fənn müəllimlərinin təklifləri  dinlənilib, "virtual.edu.az" saytının tam fəaliyyətə başlayacağı günə qədər dərslərin “Zoom” proqramı və digər vasitələrlə keçilməsinin davam etdirilməsi qərara alınıb. Məktəb-liseyin direktoru qeyd edilən proqram vasitəsilə keçilən dərslərə qatıldığını və şagirdlərin fəal iştirakını qeyd edərək bildirib ki, paralel olaraq “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” verilişinin şagirdlər tərəfindən seyr edilməsi də məqsədəuyğundur.

Pedaqoji Şura müzakirə edilən məsələlər barəsində müvafiq qərarlar qəbul edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi