Beşyaşlıların onlayn dərsindən

           Məktəb-liseyin müəllimləri Güllü Şirinova, Elnarə Quliyeva, Günəş Təhməzova, Validə Muxtarova, Şəhla Mustafayeva və Səbinə Nəcəfova məktəbəhazırlıq qruplarının fəaliyyətini onlayn qaydada davam etdirirlər.  Mövcud vəziyyətdə beşyaşlıların təhsildən kənarda qalması gələcək fəaliyyətdə problem yaratmasın deyə sinif müəllimləri “Zoom” proqramı, “Teleqram” kanalı və “Whatsapp” vasitəsilə onları məşğələlərə cəlb edə bilirlər. Təbii ki, uşaqların bu prosesə cəlb edilməsində valideynlərin marağı və dəstəyi də ciddi rol oynayır. Müəllimlərin bildirdiyinə görə prosesin gedişində valideynlərin birbaşa iştirakı  həm onların pedaqoji cəhətdən maariflənməsinə, azyaşlılarla işləmə metodikasını öyrənmələrinə, həm də müəllim-valideyn əməkdaşlığının möhkəmlənməsinə səbəb olur. Güllü Şirinova qeyd edir ki, beşyaşlıların onlayn dərslərdə iştiraka marağı yuxarı sinif şagirdlərindən daha yüksəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi