Evdə qal, dərsdən qalma!

        Təhsil vermək üçün sinif otağı olmasa da, öyrədən müəllim və öyrənmək istəyən şagirdlər olması yetərlidir. Təhsil almaq üçün məkan və məsafə maneə deyil. Bunu özünə deviz seçən müəllimlər bayramdan əvvəl başladıqları dərsləri davam etdirirlər.

Tətil günlərinin uzadıldığını görən 4c sinfi hər dərs günü gündə 2 saat olmaqla canlı dərslərə qoşulur. Şagirdlər hər gün " Evdə qal, təhsildən qalma'' şüarını bayraq tutaraq çox böyük həvəslə sinif rəhbəri Elnarə Quliyevanın dərslərinə qatılırlar. Hər  gün "Biz birlikdə daha güclüyük, Azərbaycan" şüarı ilə dərslərini yekunlaşdırırlar.

Məktəb-liseyin digər ibtidai sinif müəllimi Xəlilova Nişanə də həftə içi 5 gün saat 19:00-dan 21:00-a qədər canlı dərs aparır. Canlı bağlantıya qoşulan şagirdlər müəllimin öncədən tərtib edib atdığı tapşırıqlar əsasında  şifahi və yazılı müzakirələr aparırlar. Əlavə tapşırıqlarla yanaşı müəllim proqram əsasında dərslik üzərində də iş aparır.

Digər ibtidai sinif müəllimləri Şəkər Abbasova, Arifə Vəliyeva, Solmaz Məhərrəmova, Güllü Şirinova, Gülnarə Nəcəfova, Sevinc Həsənova, Səbinə Nəcəfova da "Evdə qal, təhsildən qalma" devizi ilə gündəlik canlı dərslər keçir, uşaqlara psixoloji dəstək və motivasiya verirlər. "Zoom", "Hangouts" proqramları vasitəsilə keçilən dərslərə məktəb-liseyin direktoru Şəmsi Qocayev birbaşa nəzarət edir və müəllimlərin fəaliyyətini qiymətləndirir. Növbəti günlərdə virtual açıq dərslərin keçirilməsi planlaşdırılır.

#DərsVaxtı #EvdəQal #DərsdənQalma

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi