Fizika fənni üzrə bilik yarışı

      24.02.2020-ci il tarixində məktəb-liseyin 6a, 6b, 6f sinifləri arasında fizika fənni üzrə bilik yarışı keçirilib. Yarışda hər sinifdən 2 qrup, hər qrupda 6 şagird iştirak edib. Yarış 4 mərhələdən ibarət olub. I mərhələdə 3 dəqiqə ərzində 5 uyğunluq məsələsi, II mərhələdə 5 dəqiqə ərzində 5 məsələ, III mərhələdə 5 dəqiqə ərzində 3 məsələ yerinə yetirilib. IV mərhələdə isə ən tez suala cavab verərək 7 bal toplayan komanda qalib olub. 1 sual 1 balla qiymətləndirilib. Münsiflər heyətində tərbiyə işləri üzrə direktor müavini İlahə Haqverdiyeva, riyaziyyat müəllimləri Xəyalə İsgəndərova, Şəlalə Rüstəmova, fizika müəllimi Ülviyyə Eyvazova iştirak edib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi