Tarixi unutmayaq, unutdurmayaq!

      23 fevral tarixində məktəb-liseyin ibtidai sinif müəllimi Solmaz Məhərrəmovanın təşkilatçılığı ilə 2a və 3e sinif şagirdlərinin Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə ziyarəti təşkil olunub. Şagirdlər əvvəlcə Mübariz İbrahimov, Fərid Əhmədov və digər vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın qəbrini ziyarət edib, məzar daşlarına tər qərənfillər düzüblər. Sonra Fəxri Xiyabana yollanan məktəblilər orada ümummilli lider Heydər Əliyevin məzarı üzərinə gül dəstəsi qoyub, onun xatirəsini ehtiramla anıblar. Sonda isə Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək onun önündə baş əyən şagirdlər faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi