Əlifbaya minnətdarıq

      Məktəb-liseyin  1d sinfində sinif rəhbəri Sevda Osmanovanın rəhbərliyi ilə "Əlifba" mövzusuna həsr olunmuş "Əlifbaya minnətdarıq " adlı dərs- tədbir keçirilib. Sinfin müəllimi əvvəlcə əlifbanın yaranma tarixi haqqında məlumat verib. Daha sonra müəllimin söylədiyi  "Əlifbanın nağılı"nı  şagirdlər Azərbaycan dilinin incəliklərini tərənnüm edən fikirləri, şeirləri, elm haqqında kəlamları ilə davam etdiriblər.  17 fevral tarixində keçirilmiş tədbirdə şagirdlər əlifbaya aid mahnılar da  ifa  ediblər.  Sonda  Sevda müəllimə şagirdlərini əlifbanı müvəffəqiyyətlə başa vurduqları üçün təbrik edib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi