İnsan alverinə son!

     Məktəb-liseyin 9a sinfində biologiya müəllimi Könül Həsənova və məktəb-liseyin Uşaq birliyi təşkilatı rəhbəri Bəsti İmanovanın təşkilatçılığı ilə “İnsan alverinə son” mövzusunda dəyirmi masa keçirilib. Könül Həsənova mövzu  ilə bağlı geniş və ətraflı məlumat verərək qeyd edib ki, bu günkü tədbir gənclər arasında insan alveri və zorakılıq haqqında maarifləndirmə işinin gücləndirilməsi məqsədilə  layihə və proqramların   həyata keçirilməsinə lazımı köməkliklərin göstərilməsinə həsr olunub. İnsan alveri - insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. O, bir-birilə qarşılıqlı əlaqəli olan iqtisadi, sosial, siyasi və şəxsi amillərin yaratdığı mürəkkəb bir hadisədir. Bunlar, ilk növbədə,  gender bərabərsizliyi və qadınlara qarşı zorakılıq, münaqişə və münaqişədən sonrakı vəziyyətlər, sosial inteqrasiyanın olmaması, uşaq əməyi və ayrı-seçkilikdən irəli gəlir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi