"Şənbə gecəsinə gedən yol" adlı inşa yazı müsabiqəsi
14 yanvar tarixində məktəb-liseyin 5-7-ci sinif şagirdləri arasında "Şənbə gecəsinə gedən yol" adlı inşa yazı müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərin səbəb və nəticələrini daha dərindən öyrənmələrinə kömək göstərmək, onlarda belə hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaq, vətənpərvərlik hissini yüksəltmək, həmçinin şagirdlərin yazı bacarıqlarını artırmaqdır.