Həyat paylaşıldıqca gözəldir

    Xeyirxahlıq, mərhəmət Azərbaycan xalqına xas insani keyfiyyətlərdir və bu müsbət xüsusiyyətlərimiz əsrlər boyu millətin ruhuna hoparaq  gələcək nəsillərə ötürülmüşdür. Bir neçə ildir ki, məktəb-liseydə də xeyriyyəçilik  və ehtiyacı olanlara yardım etmək ənənə halını alıb. Bu dəfə isə müəllim və şagird kollektivi ağır beyin əməliyyatı keçirmiş 7a sinif şagirdi Polad Hacıyevə öz diqqət və qayğısını əsirgəməmişdir. Təşkilatı işlər üzrə direktor müavini İlahə Haqverdiyeva və sinif rəhbəri Sahibə Nəsirovanın çağırışına müəllimlər, valideynlər və şagirdlər qoşularaq Poladın müalicəsi üçün vəsait toplayıb. Məktəb-liseyin direktoru Şəmsi Qocayevin rəhbərliyi ilə bir qrup müəllim və şagird Polad Hacıyevin evində onu ziyarət edərək toplanmış vəsaiti onun valideynlərinə təqdim edib. Yoldaşlarını yataqda ziyarət edən şagirdlər ona tezliklə sağalıb dostlarının cərgəsinə qoşulmağı arzu edib. Sinif rəhbəri Sahibə Nəsirova tərtib etdiyi qrafiki Poladın anasına təqdim edərək müəllimlərin növbə ilə Poladı ziyarət edəcəklərini və onun təhsildən geri qalmaması üçün tapşırıqlar verəcəklərini bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi