Kiçik tədqiqatçılarımız
İbtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə "Kiçik Akademiya"larda, elmi cəmiyyətlərdə təmsil olunmalarını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin həyata keçirdiyi “Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili mərhələsi başa çatıb.