Nailiyyətlərimiz

Sabahın alimləri“Sabahın alimləri” müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdə mövcud olan problemlərə və onların həllinə yönəldir. Bu tədbir dünyada ən nüfuzlu müsabiqələrdən biri olan İntel İSEF çərçivəsində keçirilir və iştirakçılardan ingilis dilini bilməsi tələb olunur. Müsabiqəyə hazırlıq dövründə şagirdlərimiz üçün unikal şərait yaradılıb: onlar ali təhsil müəssisələri və elmi təşkilatların labaratoriyalarının elmi avadanlıqlarından istifadə edib və tanınmış alimlərlə birgə bu labaratoriyalarda tədqiqat aparıblar. Eyni zamanda bu müsabiqə ümumtəhsil məktəbləri ilə universitetlər və elmi təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin yaranmasına və inkişafına , eləcə də təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu ilki araşdırmalar nar bitkisinin Nano hissəciklərlə təsiri mövzusunda olub. Artıq 4 ildir ki, liseyin şagirdləri bu müsabiqədə iştirak edir. Ötən il “Sabahın alimləri” III Respublika Müsabiqəsinin Təşkilatçıları Azərbaycanı Amerikada təmsil etmək hüququnu 16 №li Texniki – Humanitar liseyin məzunu Allahverdiyeva Nərgiz və 11:a sinif şagirdi İmranov Cəmilə həvalə edilmişdi. Bu il də şagirdlərimiz (Allahverdiyeva Səlbi və Səfərov Mehdi) müsabiqədə uğurla iştirak etmişlər. İnanırıq ki, bu günkü gənc nəsil elmi biliklərin inkişaf etməsinə, ətraf mühitin mühafizəsinə, insan sağlamlığının qorunmasına və digər sahələrə öz töhvələrini verəcək və dünyanı dəyişdirən yeni texnalogiyalar yarada biləcəklər. Müsabiqə iştirakçılarına müvəffəqiyyətlər arzulayır və uğurlu sabhalar diləyirik

HAQQIMIZDA

        Bakı şəhəri Nəsimi rayonu 16 №-li  Texniki- humanitar lisey 1924-cü ildə inşa edilib. Lisey 2011-ci ildə əsaslı təmir olunmuş, maddi-texniki bazası günün tələbləri səviyyəsində quru...

BİZİM FƏXRLƏRİMİZ

Gülnaz Cabbarlı Əbülfəz

Fidan Səlim-zadə Rəsul

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi