Kiçik Akademiya

Alternativ enerji mənbələri28.05.2021-ci il tarixdə “Kiçik akademiya”nın fizika blokunun növbəti tədbiri“Alternativ enerji ehtiyatları “başlığı altında işğaldan azad olunmuş torpaqlarımızda bərpa olunan enerji mənbələrinə həsr olundu.Blokun üzvləri Suqovuşan elektrik stansiyasının yenidən bərpası,Tərtər,Bazarşay,Həkəri kimi əsas  çaylar və onların qollarından elektrik istehsalı məqsədilə istifadə perspektivləri haqqında danışdılar.Kəlbəcər və Laçın rayonlarının külək enerjisi resurslarının araşdırılması,Qarabağın dağlıq ərazisində külək enerjisinin potensialınin 500 Mvt-dan yüksək qiymətləndirilməsi,və bu potensialın Ermənistanla sərhəd rayonların zonalarına düşməsi haqqında maraqlı müzakirələ aparıldı.Fizika blokunun rəhbəri liseyin fizika müəllimi Gülyanaq Hüseynova şagirdlərin araşdırmalarında gələcəkdə işğaldan azad olunmuş torpaqlarımızda aparılacaq quruculuq və bərpa işlərində tətbiq olunmuş daha  zəngin materiallardan istifadə etməyi tövsiyyə etdi.

Ətraflı

Kəlbəcərin qızıl yataqları  "Kiçik Akademiya"nın kimya blokunun üzvləri Kəlbəcər rayonunda olan faydalı qazıntıları və mineral maddələri və onların özəlliklərininin tətbiq sahələrini araşdırmışlar.Şagirdlər qeyd etdilər ki,Kəlbəcər rayonu özünün zəngin filiz və qeyri-filiz faydalı qazıntıları ilə seçilir. Azərbaycan geoloqlarının səyi nəticəsində burada bir sıra qızıl (Söyüdlü, Ağduzdağ, Zərqulu, Ağzıbir, Qızlitən, Qazıxanlı, Qalaboynu və s.), xromit, volfram, mis, molibden, qurğuşun, sink, civə, sürmə, mərgümüş, asbest yarımqiymətli və məmulat daşları (nefri-toidlər, jadeit, mərmər oniksi, irizasiyalı obsidian, qranatlar), mineral boyalar, perlit, üzlük daş, travertin, listvenit, müxtəlif cür tuf yataq və təzahürlər aşkar edilib.       Şagirdlər öz çıxışlarında qeyd etdilər ki,  Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 – 80 ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub. Zod yatağı - Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşir. Tərtərçay, o cümlədən də Söyüdlüçay hövzəsində qızılın olması qədimlərdən məlum olub.     "Kiçik Akademiya"çılar hazırladıqları təqdimatlarda Kəlbəcərin, həmçinin İstisu mineral ehtiyatı və ‘İstisu’ sanatoriyası ilə dünyada tanınmasından,burada istisuyun  hərarətinin 58,8 0C dərəcə olmağından,cəmi mineralların  sayınin 6,7 qrama çatan  1 litr suyun tərkibində litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium,dəmir və s. kimyəvi maddələrin olmasından,buradakı bulaqlardan birinin 8 metrədək hündürlükdə fəvvarə vurduğundan bəhs etdilər.Sonda kimya blokunun rəhbəri Aidə Sadıqova üzvlərin çıxışlarına və araşdırmalarına münasibət bildirdi,gələcəkdə bu mövzuda araşdırmalarını davam etdirmələrini tövsiyə etdi

Ətraflı

Şuşanın azad olunması26.05.2021-ci il tarixdə “Kiçik Akademiya”nın tarix bölməsinin üzvləri “Şuşanın azad olunması “adlı tədbir keçirdilər.Tədbirdə şagirdlər Şuşanın qədim keçmişi ,erməni vandalizminə məruz qalmış  tarixi abidələri, 44 günlük haqq savaşı və 8 Noyabr Zəfər Günümüz haqqında danışdılar.Erməni işğalından azad olunmuş torpaqlar içərisində Şuşanın azad olunmasının tamam fərqli ,qeyri-adı savaş olduğundan faktlarla söhbət açdılar.Şuşa uğrunda döyüşən qazilərimizin çıxışları ilə fikirlərini əsaslandırdılar.Çıxışlarda H.Əliyevin Şuşaya qayıtmaq barəsində dediyi sözlər, İlham Əliyevin ata vəsiyyətinə əməl etməsi “kimi fikirlər səsləndirən şagirdlər may ayında Şuşada keçirilən “Xarıbülbül festivalı”ndan  fraqmentlər yer aldı. Prezident İ.Əliyevin sərəncamı ilə Şuşanın mədəniyyət mərkəzinin  paytaxtı elan etməsini vurğulayan akademiya üzvləri tariximizdə ,mədəniyyətimizdə yeni səhifənin açılması ,yenədə musiqi beşiyindən yeni pöhrələrin göyərəcəyinə,dünyaya səs salan sənətkarların yetişəcəyinə böyük inam və qürurla danışdılar.

Ətraflı

"Kiçik Akademiya"nın üzvünün qalibiyyəti20 - 22 aprel 2019 - cu ildə Sankt - Peterburq şəhərində "Özündə alimi kəşf et"VI Ümumrusiya elmi innovasiya konfransı keçirilmişdir.Konfransda liseyin 9"A"sinif şagirdi Ə.Bağırov Bakı şəhəri 177 nömrəli tam orta məktəbin şagirdi L.Məmmədzadə ilə birgə riyaziyyat - informatika seksiyası üzrə "Ortalaşmış ölçmələr əsasında siniflərin sərhəddinin təyini"adlı layihə ilə ölkəmizi təmsil etmiş,III yerə laiq görülmüşlər.Konfransda Rusiyanın 71 regionundan və MDB ölkələrindən 2000 - dən çox məktəbli iştirak etmişdir. Onu da qeyd edək ki final mərhələsində 450 məktəbli 21 seksiya üzrə müxtəlif elmi layihələrlə qalibiyyət uğrunda mübarizə aparıb.Konfrans Sankt - Peterburq Təhsil Komitəsi,Sankt - Peterburq dövlət aqrar Universiteti Sankt - Peterburq Dövlət Texnoloji Universiteti və Elm və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.

Ətraflı

"Kiçik Akademiya"nın biologiya üzrə təqdimatı keçirildiLiseydə fəaliyyət göstərən “Kiçik Akademiya”nın 2018 – 2019 – cu tədris ilinin II yarımilində ilk təqdimatı keçirilib.Təqdimatda filalogiya fənni üzrə araşdırma aparmış liseyin 10”A” sinif şagirdi Ə Kazımov “Kiçik Akademiya”nın üzvləri direktor müavinləri,biologiya müəllimi G.Xəlilova 9 və 10 sinif şagirdləri iştirak ediblər.Bitkilərin davamlılığının ultrabənövşəyi “ B şuaları vasitəsilə idarə olunması”mövzusunda tədqiqat işi ilə “Kiçik Akademiya”nı tanış edib.Ə.Kazımov bu araşdırmasında əsas məqsədi qeyd edərək bildirib ki,yaşıllaşdırma məqsədi ilə istifadə olunan bitkilərin,ekoloji ultrabənövşəyi – B şualarının (280 – 320mm) kiçik dozalarından istifadə etməklə abiotik streslərə qarşı daha davamlılığının artırılmasından ibarətdir.Təqdimat dinlənildikdən sonra müzakirələr keçirilib.Şagirdlərin sualları cavablandırılıb.Sonda biologiya müəllimi G.Xəlilova şagirdlərə öz tövsiyələrini verib

Ətraflı

"Kiçik Akademiya"Haqqında Əsasnamə I.Ümumi Müddəalar1.1. “Kiçik Akademiya” (bundan sonra KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. 1.2. KA-nın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur. 1.3. KA öz fəaliyyətində istedadlı uşaq və gənclərlə iş üzrə direktiv orqanların fərman və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. 1.4. KA-nın fəaliyyəti bölmələr üzrə təşkil olunur. KA-nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr yaradıla bilər. 1.5. KA hüquqi şəxs statusuna malik deyildir, onun rəhbərinin müvafiq sənədlərdə imzası təşkil edildiyi səviyyədən asılı olaraq bu Əsasnamə ilə müəyyənləşdirilən orqanın möhürü ilə təsdiq edilir. 1.6. KA-nın öz loqotipi və üzərində bu loqotipin əksi olan blankı, habelə bayrağı ola bilər. II. KA-nın məqsəd və vəzifələri 2.1. KA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. 2.2. KA-nın əsas vəzifələri aşağıdakılardır: 2.2.1 Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək. 2.2.2 Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək. 2.2.3 Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq. 2.2.4 Tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək. 2.2.5 Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək. 2.2.6 Tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq. III. KA-nın üzvləri Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər KA-nın üzvü ola bilərlər. IV. KA-nın üzvlərinin hüquq və vəzifələri 4.1. Elmi konfranslarda, olimpiadalarda və KA-nın digər tədbirlərində iştirak etmək. 4.2. KA-nın üzvlərinin vəzifələri: 4.2.1. Şagirdlər arasında elmi bilikləri təbliğ etmək 4.2.2. Seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirmək. 4.2.3. Ünsiyyət və davranış qaydalarına riayət etmək. V. KA-nın strukturu və fəaliyyət istiqamətləri 5.1. KA məktəb, rayon (şəhər) və respublika səviyyəsində təşkil olunur. 5.2. Məktəb səviyyəsində yaradılan KA-nın (MKA) fəaliyyətinin tənzimlənməsi müəssisənin rəhbərliyi tərəfindən həyata keçirilir. 5.3. MKA-nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradılır və ŞEC MKA-nın strukturunda əsas qurum hesab edilir. 5.4. MKA-ya elmi rəhbərliyin təmin olunmasında müəllimlər, bölmə və dərnək rəhbərləri iştirak edirlər. 5.5. MKA çərçivəsində şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlayırlar. Həmin işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilə bilər. 5.6. MKA çərçivəsində görülmüş işlərə konfrans və seminarlarda yekun vurulur. Bu tədbirlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi üçün müvafiq işlər həyata keçirilir. 5.7. MKA görülmüş işlər barədə rayon (şəhər) KA-sına hesabat verir. 5.8. Rayon (şəhər) səviyyəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün KA (R(Ş) KA) ilə bərabər həm də elmi himayəçilik şurası (EHŞ) yaradılır. 5.9. R(Ş) KA-ya ümumi rəhbərlik yerli təhsili idarəetmə orqanı və elmi himayəçilik şurası tərəfindən həyata keçirilir. 5.10. R(Ş) KA-nın tərkibi şagirdlərdən, EHŞ-nin tərkibi isə müəllimlərdən, alim və mütəxəssislərdən ibarət formalaşdırılır. 5.11. R(Ş) KA-nın və EHŞ-nin fəaliyyəti, əsasən, aşağıdakı istiqamətlər üzrə qurulur: 5.11.1. Ümumrayon (ümumşəhər) bölmələrinin, seminar və konfransların, klub və lektoriyaların, yay təlim-istirahət düşərgələrinin təşkili. 5.11.2. Olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, səyyar mühazirə və seminarların keçirilməsi. 5.11.3. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq alim və mütəxəssislərin dəvət olunması. 5.11.4. Respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak üçün komandaların formalaşdırılması. 5.11.5. İşgüzar görüşlərin, təcrübə mübadilələrinin təşkili. 5.12. R(Ş) KA öz fəaliyyəti ilə respublika KA-sı (RKA) qarşısında cavabdehlik daşıyır və ona hesabat verir. 5.13. RKA-nın ümumi fəaliyyətinə rəhbərlik və nəzarət AMEA və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 5.14. RKA-nın funksiyalarında daxildir: 5.14.1. Yaradıcılığa, elmi- tədqiqat fəaliyyətinə meyil və maraq göstərən istedadlı uşaq və gənclərlə aparılan işlərin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində yaxından iştirak etmək. 5.14.2. R(Ş) KA-ların fəaliyyətini tənzimləmək və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində onlara elmi-metodik köməklik göstərmək. 5.14.3 Respublika səviyyəsində olimpiadalar, müsabiqə və yarışlar, elmi-təcrübi kofrans və seminarlar, “Dəyirmi masa”lar, görüşlər təşkil etmək. 5.14.4. Körkəmli alim və mütəxəssisləri istedadlı uşaq və gənclərlə işə cəlb etmək, xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərin elmi himayəyə götürülməsinə nail olmaq. 5.14.5. İstedadlı uşaq və gənclərin beynəlxalq olimpiadalara və müsabiqələrə hazırlığını təmin etmək məqsədilə təşkilati tədbirlər həyata keçirmək. 5.14.6. İstedadlı uşaq və gənclərin seçilmiş elmi-tədqiqat işlərindən ibarət toplu və bukletlərin çapı ilə bağlı müvafiq tədbirlər görmək. VI. KA-nın təsis olunması 6.1. KA müvafiq surətdə məktəb, rayon (şəhər) və respublika səviyyəsində aidiyyəti üzrə keçirilən konfranslarda təsis olunur. 6.2. Məktəb konfransında öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən IX-XI sinif şagirdləri, müəllimlər, məktəb rəhbərliyi, rayon (şəhər) konfransında məktəb, respublika konfransında isə rayon (şəhər) konfransında açıq səsvermə yolu ilə seçilən aidiyyəti nümayəndələr, habelə alim və mütəxəssislər iştirak edirlər. 6.3. Təsis konfransında KA-nın yaradılması elan olunur və onun tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirilir. 6.4. KA təşkil edildiyi səviyyədən asılı olaraq məktəb pedaqoji şurasının, rayon təhsil şöbəsinin təhsil şurasının, Təhsil Nazirliyinin müvafiq qərarı ilə ləğv edilir. VII. KA-nın idarəetmə orqanları 7.1. KA-nın ali orqanı onun ilk iclasında seçilən Şura hesab olunur. 7.2. Şuranın tərkibinə KA-nın prezidenti, onun müavinləri (vitse-prezidentlər), bölmə rəhbərləri, habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edilir. 7.3. KA-nın Şurası: 7.3.1. KA-nın Prezidentini, onun müavinlərini (vitse-prezidentləri), bölmə rəhbərlərini seçir. 7.3.2. KA-nın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, iş planlarını təsdiq edir. 7.3.3. Görülən işlər barədə bölmə rəhbərlərinin və KA-nın digər üzvlərinin hesabatını dinləyir. 7.3.4. Zəruri hallarda yeni bölmələrin yaradılması, habelə mövcud olanların ləğvi barədə məsələləri həll edir. 7.3.5. KA-ya üzvlük və üzvlükdən kənarlaşdırılma məsələlərinə baxır. 7.3.6. Şura iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Qərarlar sadə səs çoxluğu əsasında qəbul olunur.

Ətraflı
HAQQIMIZDA

        Bakı şəhəri Nəsimi rayonu 16 №-li  Texniki- humanitar lisey 1924-cü ildə inşa edilib. Lisey 2011-ci ildə əsaslı təmir olunmuş, maddi-texniki bazası günün tələbləri səviyyəsində quru...

BİZİM FƏXRLƏRİMİZ

Gülnaz Cabbarlı Əbülfəz

Mircahan İbadzadə İlham

HAQQIMIZDA

        Bakı şəhəri Nəsimi rayonu 16 №-li  Texniki- humanitar lisey 1924-cü ildə inşa edilib. Lisey 2011-ci ildə əsaslı təmir olunmuş, maddi-texniki bazası günün tələbləri səviyyəsində quru...

BİZİM FƏXRLƏRİMİZ

Gülnaz Cabbarlı Əbülfəz

Mircahan İbadzadə İlham

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi