Alternativ enerji mənbələri

28.05.2021-ci il tarixdə “Kiçik akademiya”nın fizika blokunun növbəti tədbiri“Alternativ enerji ehtiyatları “başlığı altında işğaldan azad olunmuş torpaqlarımızda bərpa olunan enerji mənbələrinə həsr olundu.Blokun üzvləri Suqovuşan elektrik stansiyasının yenidən bərpası,Tərtər,Bazarşay,Həkəri kimi əsas  çaylar və onların qollarından elektrik istehsalı məqsədilə istifadə perspektivləri haqqında danışdılar.Kəlbəcər və Laçın rayonlarının külək enerjisi resurslarının araşdırılması,Qarabağın dağlıq ərazisində külək enerjisinin potensialınin 500 Mvt-dan yüksək qiymətləndirilməsi,və bu potensialın Ermənistanla sərhəd rayonların zonalarına düşməsi haqqında maraqlı müzakirələ aparıldı.Fizika blokunun rəhbəri liseyin fizika müəllimi Gülyanaq Hüseynova şagirdlərin araşdırmalarında gələcəkdə işğaldan azad olunmuş torpaqlarımızda aparılacaq quruculuq və bərpa işlərində tətbiq olunmuş daha  zəngin materiallardan istifadə etməyi tövsiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi