HAQQIMIZDA

        Bakı şəhəri Nəsimi rayonu 16 №-li  Texniki- humanitar lisey 1924-cü ildə inşa edilib. Lisey 2011-ci ildə əsaslı təmir olunmuş, maddi-texniki bazası günün tələbləri səviyyəsində qurulmuşdur. Lisey 2012-ci ildə "İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Tətbiqi riyaziyyat  və informatikanın inkişafına güclü təkan vermiş , Qeyri -səlis çoxluqlar nəzəriyyəsinin yaradıcısı olan Lütfi -zadə ibtidai təhsilini liseyimizdə  almışdır.

         2000-ci ildən 16 №-li tam orta məktəbin bazasında  Texniki -humanitar lisey yaradılıb. Liseyin şagirdləri 7-ci sinifdən meyl və istəklərinə uyğun olaraq texniki və ya humanitar siniflərdə yerləşdirilir.  Liseydə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Azərbaycan bölməsində 2-ci xarici dil olaraq alman dili tədris olunur.         Hazırda liseydə 574 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 54 müəllim məşğul olur. 10 müəllim Təhsil Nazirliyinin keçirdiyi müsabiqə yolu ilə liseyə müəllim təyin edilmişdir. Lisey təhsilini qızıl medalla bitirən və yüksək nəticə göstərən və dünyanın aparıcı Universitetlərində təhsil alan məzunları ilə fəxr edir. Liseyin şagirdləri hər il Azərbaycan Respublikasının Təhsil Nazirliyinin keçirdiyi müsabiqələrdə, beynəlxalq olimpiadalarda xüsusi fəallıq göstərir,"Sabahın alimləri " layihəsində iştirak edir , uğurlu nəticələr əldə edirlər. Məzunlarımızın ali məktəblərə qəbul göstəriciləri yüksəkdir və onların sırasında Prezident təqaüdçüləri də var. Liseyin tarix müəllimi Gülnarə Abidi V Qrant müsabiqəsinin qalibi olmuşdur.Liseyin biologiya müəllimi Gülnarə Xəlilova "Əmək təhsil işçisi "və "Tərəqqi" medalına layiq görülmüşdür. 2021-cin ilin dekabrın 10-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi çərçivəsində STEAM Azərbaycan layihəsində iseyin 9'C'sınıf şagirdləri Rövşən və İsmayil informatika müəllimi Gülnarə Qasımovanın rəhbərliyi ilə bu festivala qatılmış və “3D Cad” yarışında 1-ci yeri tutmuş və qızıl medal qazanmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi