Nailiyyətlərimiz

Beynəlxalq yarışların qalibiMəhərrəmov İlham həm respublikamızda,həm respublikadan kənarda keçirilən yarışlarda qalibiyyət qazanmışdır. Cüdo güləşi üzrə kiçik yaşlı idmançılar arasında keçirilən Pirşağı - Kürdaxanı Olimpiya Kompleksinin açıq birinciliyində 1 - ci yerə laiq görülüb.2018 - ci il 10 avqustda Ceyranbatan İdman Klubunun açıq birinciliyində 1 - ci yer,21 oktyabrda Bərguşad İdman Klubunun açıq birinciliyində 2 - ci yerə laiq görülüb.Yarışlarından üçü xarici ölkələrdə keçirilmişdir.İkisi 2018 - ci il 27 yanvarda Rize İlimizdə düzənlənən Uluslararası arası Çay Kupası Cüdo Turnesində 2 - ci yer,14 oktyabrda isə 1 - ci yerə laiq görülmüşdür.2019 - cu il 22 fevralda İranda keçirilmiş yarışda 3 -cü yerə laiq görülmüşdür.

VƏTƏNİN MÜDAFİƏSİNƏ HAZIRAMAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti "Vətənin müdafiəsinə hazıram" mövzusunda I Ümumrespublika müsabiqəsi keçirdi. Liseyimizin şagirdləri də bu müsabiqəyə qatıldılar. Onlardan V sinif şagirdi Tahirov Valeh və X sinif şagirdi Şirəliyeva Aytac bu müsabiqənin qalibləri sırasındadır. Onların rəsmi kitabda nəşr olundu.

Şahmat turnirinin dəfələrlə qalibiHəsənov Rüstəm Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Respublika ixtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər Şahmat məktəbinin təşkil etdiyi III dərəcəyə təsnifat turnirində 1-ci yerə layiq görülmüşdür. Həmçinin o, IV dərəcəyə təsnifat turnirində də 1-ci yerə ; II dərəcəyə təsnifat turnirində də 2-ci yerə layiq görülmüşdür. Rüstəm təkcə şahmat üzrə deyil, başqa yarışlarda da müvəffəqiyyət qazanmışdır. O, İxtisaslaşdırılmış Oilmpiya ehtiyyatları Uşaq Gənclər gimnastika məktəbinin təşkil etdiyi "Baby cup" yarışının III yeri; Fizika fənni üzrə keçirilən Viktorinada I yeri qazanmışdır. "Gənclərin Psixoloji problemləri" təlim kursundan keçərək SERTİFİKAT almışdır.

HAQQIMIZDA

        Bakı şəhəri Nəsimi rayonu 16 №-li  Texniki- humanitar lisey 1924-cü ildə inşa edilib. Lisey 2011-ci ildə əsaslı təmir olunmuş, maddi-texniki bazası günün tələbləri səviyyəsində quru...

BİZİM FƏXRLƏRİMİZ

Arif Səfərov Eyyub

Fidan Yeganova Namiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi