Nailiyyətlərimiz

Bədii gimnastika üzrə Bakı Çempionatının qalibi4 b sinif şagirdi Musayeva Selcan 2014-cü ilin dekabrında Respublika Kompleks İdman Məktəbinin tərəfindən təşkil olunmuş Bədii gimnastika üzrə Bakı çempionatı Azərbaycan birinciliyində qalib gəlmişdir.

"Şahmat" üzrə təsnifat turnirinin qalibi6-cı sinif şagirdi Rzazadə Ayxan 30.12.2014 cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və 2 saylı Uşaq Gənclər Şahmat İdman Məktəbinin birgə təşkil etdiyi Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmu şahmat üzrə yeniyetmələr arasında keçirilən təsnifat turnirində Birinci dərəcənin təsdiqi uğrunda yarışda III yerlə təltif olunub. Bundan başqa Ayxan, bir sıra Şahmat yarışlarında da birincilik qazanmışdır. O, "Təhsil" Respublika İdman Mərkəzinin Şahmat üzrə 2002-2003 cü il oğlanlararasında keçirilən Respublika birinciliyində IIyer, Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi Bakı Şəhər Komanda birinciliyində I yeri, Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin təşkil etdiyi Gənclər gününə həsr olunmuş Respublika Ümumtəhsil məktəbliləri arasında keçirilmiş "Şahmat" idman növü üzrə birincilikdə I yeri, "Təhsil" Respublika İdman Mərkəzinintəşkil etdiyi Şahmat üzrə zona yarışında I yeri qazanmışdır.

"Şahmat" üzrə Respublika birinciliyində II yeri tutmuş şahmatçımız.6-cı sinif şagirdi Rzazadə Qasım 12.10.2014 cü ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və "Təhsil" Respublika İdman Mərkəzinin birgə təşkil etdiyi "Şahmat" üzrə 2002-2003 cü il oğlanlar arasında keçirilən Respublika birinciliyində II yerlə təltif olunub. Lakin bu onun birinci uğuru deyil. O, onlarla belə müsabiqələrdə birincilik qazanıb. Bunlara misal olaraq,dəfələrlə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi Bakı komanda birinciliyində I yerlə ; 2012-ci il "İdman ili" elan olunması ilə əlaqədar yeniyetmələr arasında keçirilən şahmat üzrə açıq birinciliyində I dərəcəni almaq uğrunda II yerlə, Ümumtəhsil məktəbliləri arasında keçirilmiş "Şahmat" idman növü üzrə açıq birincilikdə I yerlə təltif olunub.

HAQQIMIZDA

        Bakı şəhəri Nəsimi rayonu 16 №-li  Texniki- humanitar lisey 1924-cü ildə inşa edilib. Lisey 2011-ci ildə əsaslı təmir olunmuş, maddi-texniki bazası günün tələbləri səviyyəsində quru...

BİZİM FƏXRLƏRİMİZ

Arif Səfərov Eyyub

Fəridə Babayeva Sərxan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi