Nailiyyətlərimiz

Xalq çalğı alətləri ifaçılarının III Respublika müsabiqəsində Mədəniyyət Naziri tərəfində təltif olunan diplomLiseyimizin şagirdi Xəlilova Zeynəb Rəfael qızı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi "Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III Respublika müsabiqəsi"ndə müvəffəqiyyətlə çıxış etdiyinə görə Mədəniyyət Naziri Əbülfəz Qarayevin imzaladığı diplomla təltif olunmuşdur. Bundan başqa Zeynəb bir sıra dövlət tədbirlərində iştirak etmiş və uğurlu çıxışalrına görə diplomlarla təltif olunmuşdur. Bunlara misal olaraq bu il "Zirvə" Ziyalılar Təşkilatı tərəfindən keçirilən "Bahar təravəti" adlı Xeyriyyə Konsertində uğurlu ifasına görə; sərgidə fəal iştirakına görə; Rəqs sənətində qazandığı uğurlara və Saray tədbirlərində fəal iştirakına görə diplomlarla təltif olunmuşdur.

I Avropa oyunlarına həsr olunmuş turnirin üçüncüsü7:a sinif şagirdi Əliyev Səməd 10-11 yaş arasında keçirilən Azərbaycan Respublikası Təhsil Nazirliyinin və "Təhsil" Respublika İdman Mərkəzinin təşkil etdiyi I Avropa Oyunlarına həsr olunmuş turnirdə üçüncü yerlə təltif olunmuşdur. Səmədin bir sıra uğurları var. Bunlardan "Dostluq" Əlbəyaxa Döyüş Növləri İdman Klubunun təşkil etdiyi Şotokun Karate-do üzrə; Klublararası açıq çempionatda I yeri tutduğuna görə; Azərbaycan Respublikası Kontakt Karate Federasiyasının təşkil etdiyi yarışda yüksək bacarıq göstərdiyinə görə; Xidməti vəzifələrinin icrası zamanı müsbət nəticələr nail olduğuna görə; 25 kq. çəki dərəcəsi ilə "Free Frigting" idman növü üzrə yarışda III yeri tutduğuna görə təltif olunur.

Kontakt Karate Federasiyasının təşkil etdiyi Klublararası açıq Çempionatının qalibi8:b sinif şagirdi Zeynalov Məcid Novruz oğlu Azərbaycan Respublikasının Kontakt Karate Federasiyasının təşkil etdiyi Klublarası açıq Çempionatda "12+" kq çəki dərəcəsində I yerə layiq görülmüşdür. O, bundan başqa da bir çox yarışlarda birincilik qazanmışdır. Bunlardan 31 mart Azərbaycanlıların Soyqrım gününə həsr olunmuş "Araz İdman Klubu"nun Açıq birinciliyində və Beynəlxalq Simmey-Do Karate Federasiyasının təşkil etdiyi 2-ci Açıq kuboku yarışında bacarıq göstərərək komanda komite 13-14 yaşlara arasında I yerə; Naxçıvan Muxtar Respublikası Karate-Do Federasiyasının təşkil etdiyi Ümummilli lider H.Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş karate - do üzrə Naxçıvan MR açıq birinciliyində 10-11 yaş qrupunda I yerə; Milli Karate Federasiyasının təşkil etdiyi Ramazan bayramı münasibətilə 4 saylı Bakı peşə liseyinin karate üzrə açıq birinciliyində I yerə; Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı Xətai idman klubunun 11-12 yaş arası Respublika birinciliyində II yerə; Azərbaycan Respublikası Kontakt Karate Federasiyasının təşkil etdiyi Klublarası açıq Çempionatda 11 yaşarasında III yerə layiq görülmüşdür.

HAQQIMIZDA

        Bakı şəhəri Nəsimi rayonu 16 №-li  Texniki- humanitar lisey 1924-cü ildə inşa edilib. Lisey 2011-ci ildə əsaslı təmir olunmuş, maddi-texniki bazası günün tələbləri səviyyəsində quru...

BİZİM FƏXRLƏRİMİZ

Arif Səfərov Eyyub

Sevgin Qafarova Kamal

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi