Nailiyyətlərimiz

Şahmat turnirinin az yaşlı qalibiLiseyimizin 3:b sinif şagirdi Bağırov Teymur 2013 cü il Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi 17 noyabr Milli Dirçəliş gününə həsr olunmuş turnirdə III yer qazanaraq diplom və kubokla təltif olunmuşdur.

İntel İSEF-in finalistiLiseyimizin şagirdi Cəmil İmranov 2014-cü ildə İntel İSEF-in finalisti olmuşdur.Həmçinin o, ötən il Azərbaycan Təhsil Nazirliyinin , Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "Mədəd" Təşkilatı "Sabahın Alimləri II Respublika Müsabiqəsində" EKOLOGİYA nominasiyası üzrə birgə lahiyyəyə görə ikinci yerə layiq görülmüşdür. Cəmil beynəlxalq yarışlarda da özünü göstərmişdir. O, 8-ci İNEPO-Avrasiya beynəlxalq Olimpiadasının qalibi olmuşdur. Cəmilin bundan başqa da bir çox uğurları olmuşdur.Onun onlarla diplom və sertifikatları var. Bunlara bir neçəsini misal göstərmək olar. Məsələn, Gəncliyə Yardım Fondunun vitse prezidenti Yaradıcılıq uğurlarına görə ; Bakı şəhəri orta ümumtəhsil şagirdləri arasında keçirilən "Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda inşa yazı müsabiqəsinin qalibi olduğu üçün ; əməkdar elm xadimi Z.Əliyevin xatirəsinə həsr olunmuş "Qələbəyə doğru" kuboku uğrunda fəal iştirakına görə Cəmil diplomlarla təltif edilmişdir. Ümid edirik ki, Cəmil bundan da böyük uğurlar əldə edib, liseyimizin adını ucaldacaq.

Dəfələrlə "Qaydasız döyüş" üzrə Respublika-Bakı çempionatının qalibi11:a sinif şagirdi Ramazanov Zaur dəfələrlə müxtəlif döyüş növləri üzrə Respublika-Bakı və digər turnirlərinin çempionatı olmuşdur. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi Pankration klubunun üzvü 27.03.2015 ci il tarixində MMA (Qaydasız döyüş) üzrə 74 kq. çəkidə Respublika çempionatında birincilik,26.03.2015-ci il tarixində Grappling üzrə 68 kq çəkidə Respublika çempionatında ikincilik, 26.03.2015-ci il tarixində Pankration üzrə Respublika çempionatında üçüncülük qazanmışdır. Lakin Zaurun nailiyyətləri bununla kifayətlənmir.Onun 20-dən çox diplom və medalları var. Bunlar içərisində 2014 cü ildə Şaolin döyüş sənəti üzrə 65 kq çəki üzrə Bakı şəhər çempionatında birinci yeri, İmişli r-nunun keçirdiyi çempionatda Santa kontakt üzrə 16-18 yaş üzrə 60 kq. çəkidə I yeri, Ümummilli lider H.Əliyevin 91-ci ildönümünə həsr olunmuş Şaolin Döyüş sənəti idman növü üzrə açıq birincilik, Bakı Şəhər Gənclər və İdman idarəsinin təşkil etdiyi Universal Döyüş növləri klubu FREE kontakt sistem üzrə 16-17 yaşarası 60 kq çəki ilə ikinci yeri tutduğuna görə diplomla və medalla təltif olunmuşdur. Lakin uğurlarını yazmaqla bitmir. İnşallah gələcəkdə ondan daha böyük uğurlar gözləyirik. Uğurlar demişkən Zaur 2 ay sonra Avropa çempionatında iştirak edəcək. Əminik ki, oradan da böyük uğurlar qazanaraq fəxrimiz olacaq.

HAQQIMIZDA

        Bakı şəhəri Nəsimi rayonu 16 №-li  Texniki- humanitar lisey 1924-cü ildə inşa edilib. Lisey 2011-ci ildə əsaslı təmir olunmuş, maddi-texniki bazası günün tələbləri səviyyəsində quru...

BİZİM FƏXRLƏRİMİZ

Nihat Həsənli Fərhad

Arzu Həsənova İslam

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi