İngiltərədə keçirilən "Standard General English İntermediate Level" sertifikatını almış müəllimimizLiseyimiz ingilis dili və alman dili müəlliməsi Sevil Orucova ölkəmizi xaricdə də təmsil edərək sertifikat almışdır. O,5.11.2014-cü ildə İngiltərədə (London) keçirilən "Standard General English İntermediate Level (B1 İndependet User)" sertifikatını almışdır. Bundan başqa 2013-cü ildə American English İnstitutunun təşkil etdiyi onlayn proqramında 100 % nəticə göstərərək "Teaching English to Young Learners" mövzusunda sertifikat əldə etmişdir
Xaricdə təhsil alan məzunlarımızLiseyimizi müxtəlif illərdə bitirən bəzi məzunlarımızın səsi Azərbaycan Respublikası sərhədlərindən kənarda eşidildi. Bunlara aşağıdakı məzunları misal göstərmək olar. 1. Əlili Müşfiq İsgəndər oğlu - 2012-ci ilin məzunu əvvəlcə Türkiyə Bilkənt universitetinin "İdarəetmə" fakultəsinə, daha sonra isə ABŞ Emporia State University-nin "Ekonomika" fakultəsinə qəbul olub. 2. Qurbanzadə Fatimə Yaqub qızı - Rusiya Aqrar universiteti nin "iqtisadiyyat" fakultəsi. 3. Məmmədova Gülnarə Tofik qızı - Rusiya Aqrar universiteti nin "iqtisadiyyat" fakultəsi 4. Məmmədzadə Tərlan Valeh oğlu - Rusiya FNEK universitetinin "Menecment" fakultəsi 5. Səfərzadə Kamran Namizəd oğlu - Gürcüstan Dövlət universitetinin "jurnalistika" fakultəsi 6. Yeganova Fidan Namiq qızı - Azərbaycan Lomonosov adına universitetin filialı "ispan dili" fakultəsi
İnşa yazı müsabiqəsinin qalibiŞirəliyeva Aytac Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu 9 noyabr "Dövlət Bayrağı günü" münasibətilə Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Mənim bayrağım" mövzusunda keçirilən İNŞA YAZI müsabiqəsində fərqləndiyinə görə diplomla təltif olunub. O, həmçinin 11.03.2015-ci ildə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən "Sağlam Narkotiksiz həyat seç!" mövzusuna dair rəsm müsabiqəsində fəal iştirakına görə sertifikata layiq görülmüşdür.