"Kiçik Akademiya"nın üzvünün qalibiyyəti

20 - 22 aprel 2019 - cu ildə Sankt - Peterburq şəhərində "Özündə alimi kəşf et"VI Ümumrusiya elmi innovasiya konfransı keçirilmişdir.Konfransda liseyin 9"A"sinif şagirdi Ə.Bağırov Bakı şəhəri 177 nömrəli tam orta məktəbin şagirdi L.Məmmədzadə ilə birgə riyaziyyat - informatika seksiyası üzrə "Ortalaşmış ölçmələr əsasında siniflərin sərhəddinin təyini"adlı layihə ilə ölkəmizi təmsil etmiş,III yerə laiq görülmüşlər.Konfransda Rusiyanın 71 regionundan və MDB ölkələrindən 2000 - dən çox məktəbli iştirak etmişdir. Onu da qeyd edək ki final mərhələsində 450 məktəbli 21 seksiya üzrə müxtəlif elmi layihələrlə qalibiyyət uğrunda mübarizə aparıb.Konfrans Sankt - Peterburq Təhsil Komitəsi,Sankt - Peterburq dövlət aqrar Universiteti Sankt - Peterburq Dövlət Texnoloji Universiteti və Elm və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi