Kəlbəcərin qızıl yataqları

  "Kiçik Akademiya"nın kimya blokunun üzvləri Kəlbəcər rayonunda olan faydalı qazıntıları və mineral maddələri və onların özəlliklərininin tətbiq sahələrini araşdırmışlar.Şagirdlər qeyd etdilər ki,Kəlbəcər rayonu özünün zəngin filiz və qeyri-filiz faydalı qazıntıları ilə seçilir. Azərbaycan geoloqlarının səyi nəticəsində burada bir sıra qızıl (Söyüdlü, Ağduzdağ, Zərqulu, Ağzıbir, Qızlitən, Qazıxanlı, Qalaboynu və s.), xromit, volfram, mis, molibden, qurğuşun, sink, civə, sürmə, mərgümüş, asbest yarımqiymətli və məmulat daşları (nefri-toidlər, jadeit, mərmər oniksi, irizasiyalı obsidian, qranatlar), mineral boyalar, perlit, üzlük daş, travertin, listvenit, müxtəlif cür tuf yataq və təzahürlər aşkar edilib.       Şagirdlər öz çıxışlarında qeyd etdilər ki,  Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 – 80 ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub. Zod yatağı - Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşir. Tərtərçay, o cümlədən də Söyüdlüçay hövzəsində qızılın olması qədimlərdən məlum olub.     "Kiçik Akademiya"çılar hazırladıqları təqdimatlarda Kəlbəcərin, həmçinin İstisu mineral ehtiyatı və ‘İstisu’ sanatoriyası ilə dünyada tanınmasından,burada istisuyun  hərarətinin 58,8 0C dərəcə olmağından,cəmi mineralların  sayınin 6,7 qrama çatan  1 litr suyun tərkibində litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium,dəmir və s. kimyəvi maddələrin olmasından,buradakı bulaqlardan birinin 8 metrədək hündürlükdə fəvvarə vurduğundan bəhs etdilər.Sonda kimya blokunun rəhbəri Aidə Sadıqova üzvlərin çıxışlarına və araşdırmalarına münasibət bildirdi,gələcəkdə bu mövzuda araşdırmalarını davam etdirmələrini tövsiyə etdi
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi