"Kiçik Akademiya"nın tədqiqatçılıq müsabiqəsi

03.11.2019 – cu il tarixdə liseydə “Kiçik Akademiya” üzvləri arasında elan olunmuş tədqiqatçılıq müsabiqəsinə yekun vuruldu. Müsabiqənin məktəb turunda iştirak edən üzvlər dinlənildi. Riyaziyyat, dilçilik, biologiya fənlərindən maraqlı tədqiqat işləri müzakirə olundu. Təşkilat komitəsi 11 “A” sinif şagirdi Əli Kazımovun biologiya fənnindən apardığı tədqiqat işini daha uğurlu hesab edərək növbəti tura göndərilməsinə qərar verdi. Beləliklə, Əli Kazımovun araşdırma işi yazılı şəkildə və təqdimatla birgə BŞTİ – yə təqdim olundu.