Şagirdlərin yerdəyişməsi Elektron xidməti

Lisey və gimnaziyalara ərizə qəbulu, şagirdlərin yerdəyişməsi elektron xidmət portalında (https://sy.edu.az/login) iyun ayının 5-dən başlayaraq, 20-nə kimi davam edəcək. Qəbul imtahanı AZƏRBAYCAN DİLİ və RİYAZİYYAT fənni üzrə keçiriləcəkdir.
Bakı şəhəri 16 nömrəli texniki humanitar liseyə qəbul imtahanı aşağıdakı siniflər üzrə keçiriləcəkdir: 
4-cü sinifdə təhsil alan şagirdlər üçün (5-ci sinfə qəbul) azərbaycan və rus bölmələrinə
Hazırda 6-cı sinifdə təhsil alan şagirdlər (7-ci sinfə qəbul); azərbaycan və rus bölmələrinə
Hazırda 7-ci sinifdə təhsil alan şagirdlər (8-ci sinfə qəbul).
Imtahanlar 25 iyun 7 və 8 -ci sinfə qəbul, 26 iyun 6-cı sinfə qəbul,  27 iyun -5-ci sinfə qəbul üçün keçiriləcək. 
Sənəd qəbulu onlayn https://sy.edu.az portal üzərindən valideyn (və ya qanuni nümayəndə) tərəfindən aparılır. Bu mərhələdə əyani sənəd qəbulu aparılmır.
Portalda (https://sy.edu.az) qeydiyyatı olan valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq, “Mərkəzi imtahanla qəbul” yazısını işarələməklə açılan pəncərədə imtahanın keçiriləcəyi şəhəri və mərkəzi seçməlidir. 
Portalda qeydiyyatı olmayan valideyn (və ya qanuni nümayəndə) öncə şəxsi kabinet yaratmalı, daha sonra şagirdin məlumatlarını kabinetə əlavə etməli və “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” qeydi yazılan yerdən imtahanın keçiriləcəyi şəhəri və mərkəzi seçməlidir.    
Qeydiyyatdan keçərkən Kitabça dili bölməsi görünəcəkdir. Bu mərhələdə seçilən tədris dilindən asılı olaraq, şagirdə sual kitabçası həmin dildə təqdim edilir. Buraxılış vərəqi yüklənib çap edilməyənə qədər qeydiyyatınız tamamlanmış hesab olunmur. 
İmtahan mərkəzinə buraxılış vərəqi olmadan daxil olmaq və imtahanda iştirak etmək mümkün deyil. Şagirdin şəxsiyyət vəsiqəsində şəkli yoxdursa, buraxılış vərəqinə mütləq 3x4 ölçüdə şəkil əlavə edilməlidir. Buraxılış vərəqində möhürə ehtiyac yoxdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi