28 May – Müstəqillik Gününə həsr olunmuş Zəka Dolu Tədbir!

16 nömrəli Texniki-Humanitar Liseydə “7-dən 17-yə vətənpərvər layihəsi” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Məntiq Yarışması” keçirildi.

7 və 8-ci sinif şagirdlərinin iştirak etdiyi yarışma biliyə, düşüncəyə və əyləncəyə əsaslanan maraqlı anlarla yadda qaldı. “Zəka Ulduzları”, “Şifrənin Sahibi”, “Kod Qıranlar” və “Düşüncə Gücü” komandaları arasında gedən rəqabət gərgin və eyni zamanda dostyana idi. Şagirdlər məntiqi təfəkkür, birlik və çevik qərarvermə bacarıqlarını nümayiş etdirdilər.

Yarışmanın qalibləri:

I yer – Zəka Ulduzları

II yer – Şifrənin Sahibləri

III yer – Kod Qıranlar

IV yer – Düşüncə Gücü

Tədbirin əvvəlində tarix müəllimi, dəyərli pedaqoq Səfa Allahyarova, 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyətindən bəhs edərək şagirdlərdə vətənə sevgi və milli qürur hissini daha da gücləndirdi. Onun səmimi və təsirli çıxışı tədbirə mənəvi zənginlik qatdı.

Tədbirə 6L sinif şagirdləri də xüsusi rəng qatdılar. Onların ifasında səslənən vətənpərvərlik mövzusunda şeirlər və xor şəklində təqdim olunan mahnılar tədbirə emosional və vətənsevər bir ovqat bəxş etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi