Pedaqoji şuranın növbədənkənar iclası keçirildi

29 may 2025-ci il tarixində 16 nömrəli Texniki Humanitar Liseydə pedaqoji şuranın növbədənkənar iclası keçirildi.
İclasa liseyin direktoru Ülviyyə İsmayılova sədrlik edərək müəllimləri salamladı və gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verdi.
İclas zamanı aşağıdakı məsələlər müzakirə olundu:
1. 2024–2025-ci tədris ilinin II yarımili üzrə keçiriləcək buraxılış-səviyyə qiymətləndirmələri (BSQ) haqqında müəllim heyəti məlumatlandırıldı. Qiymətləndirmənin təşkili, keçirilmə müddəti və şagirdlərin iştirakı ilə bağlı əsas məqamlar diqqətə çatdırıldı.
2. 9 və 11-ci siniflər üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri təhlil edildi. Müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi, tədris prosesinin keyfiyyəti və ümumi nəticələr əsasında fikir mübadiləsi aparıldı.
3. 14 iyun 2025-ci il tarixində baş tutacaq “Son zəng” tədbiri ilə bağlı hazırlıq prosesi və təşkilati məsələlər müzakirə edildi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu istiqamətdə göndərdiyi təlimat əsasında konkret tapşırıqlar müəyyənləşdirildi.
4. Buraxılış-səviyyə qiymətləndirmələrinin təşkili və sənədləşmə məsələləri müzakirə edildi. Bu zaman məktəb sənədlərinin monitorinqi zamanı qeydə alınmış göstəricilər və tövsiyələr iclas iştirakçılarının diqqətinə çatdırıldı.