Futbol yarışı keçirildi

“7-dən 17-yə vətənpərvərlik” layihəsi çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş futbol yarışı keçirildi.
Müstəqilliyimizin rəmzi olan bu əlamətdar gün münasibətilə təşkil olunan yarış 8-ci sinif şagirdləri arasında baş tutdu. İki mərhələdən ibarət futbol oyunu əsl bayram əhval-ruhiyyəsində və dostluq şəraitində keçirildi.
Şagirdlər meydanda təkcə bacarıqlarını deyil, həm də komanda ruhunu, qarşılıqlı hörməti və ən başlıcası — vətən sevgisini nümayiş etdirdilər. Sonda qalib adı rəsmi nəticədən asılı olmayaraq, birlik və həmrəylik oldu.