Yanğın və Texniki Təhlükəsizlik qaydalarına dair maarifləndirici tədbir keçirildi.

29.05.2025-ci il tarixdə 16 nömrəli Texniki-Humanitar Liseydə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı tərəfindən yanğın və texniki təhlükəsizlik qaydalarına dair maarifləndirici tədbir keçirildi. Tədbirdə FHN-nin DYNX-nin Yanğına qarşı təbliğat Şöbəsinin təlimatçısı Nizami Fərəcov liseyin 10-11-ci sinif şagirdlərinə yanğın təhlükəsizliyinin təmin olunması üçün bir sıra qaydalar haqqında məlumatlar verdi. Tədbirin keçirilməsində məqsəd şagirdlərimizin fövqəladə hallar sahəsində maarifləndirmək, onlara fövqəladə hadisələr zamanı düzgün davranma qaydalarını aşılamaq olub. Beləki şagirdlərlə fövqəladə hallar, onun növləri, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə, ilkin tibbi yardım anlayışları barədə söhbətlər aparılıb.