Mənim hüquqlarım

                Bugün bütün dünyanı narahat edən əsas məsələlərdən biri zorakılığa məruz qalan, valideyn himayəsindən məhrum olan,atılaraq uşaq evlərində ,internat məktəblərində yaşayan və ya küçədə dilənməyə ,işləməyə məcbur edilən  uşaqların hüquqlarının pozulmasıdır.Müasir dövrümüzdə bir çox dünya dövlətləri bir araya gələrək hüquqları müdafiə edən müxtəlif təşkilatlar ,qurumlar yaradaraq müəyyən sənədlər imzalamışlar.Məhz noyabr ayında 30 il bundan qabaq Uşaq hüquqları Konvensiyası imzalanmlşdır .Bu münasibətlə noyabr ayı hüquq aylılğı kimi elan olunmuş ,bu mövzuda müxtəlif silsilə tədbirlər keçirilmişdir.Belə tədbirlərdən biri də liseyin 4”A” sinif şagirdlərinin sinif müəllimi M.Süleymanovanın təşkilatçılığı ilə keçirdiyi “dəyirmi masa “   oldu.Tədbirdə şagirdlər uşaq hüquqları ilə bağlı məruzələrlə çıxış etdilər.Şagirdlər uşaqların erkən yaşdan işləməyə məcbur edilməsinə , uşaqlara zorakılıq tətbiq edən insanlara qarşı öz etirazlarını bildirdilər.Hüquq aylığı ərəfəsində layihə işi həyata keçirdilər.Həmçinin tədbirdə şagirdlərin təqdimatlar dinləndi ,şəkillər ,plakatlar ,videoçarx nümayiş olundu.Tədbir sinif rəhbəri M.SÜleymanovanın çıxışı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi