Narkomaniya - ölümə aparan yoldur

Liseydə "Sağlam həyat tərzini şərtləndirən xüsusiyyətlər" mövzusunda silsilə tədbirlər keçirilir.Belə tədbirlərdən biri də 31.10.2019 - cu il tarixdə liseyin biologiya müəllimi G.Xəlilovanın təşkilatçılığı ilə "Narkomaniya - ölümə aparan yol" adlı tədbir oldu.Tədbirdə liseyin direktoru , direktor müavinləri ,8,9,10,11 - ci sinif şagirdləri liseyin həkimi və tibb bacısı,fiziki tərbiyə müəllimləri və hərbi rəhbəri və digər fənn müəllimləri iştirak etdilər.Narkomanyanın və narkotok vasitələrin qanunsuz dövriyyəsindən,narkotik vasitələrin qurbanı olan insanların acınacaqlı həyatından,dönüşü olmayan yolundan ətraflı məlumat verildi.Müxtəlif videoçarxlar göstərildi.Liseyin həkimi A.Mustafayeva narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlərindən, acı fəsadlarından ,fiziki tərbiyə müəllimi C.Carçıyev isə insan həyatında və sağlamlığında idmanın yüksək əhəmiyyətindən danışdı.