Mütaliə - mənəvi zənginliyə aparan yol

            Oktyabr ayında şagirdlərin mütaliə,yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi üçün kitabxana xətti ilə silsilə tədbirlər keçirilir.İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə kitabxanada şairin lirik şeirlərinin mütaliəsi,müzakirəsi,ifadəli tərzdə ifasının dinlənilməsi təşkil olunmuşdur.Nəsimi qəzəllərin ifasına şagirdlərin daha həvəslə yanaşması şairin yaradıcıllığına olan böyük marağı əks etdirir.Belə tədbirlərdən biri də 8 və 9 siniflər arasında oktyabr ayında elan olunmuş "Mütaliə mənəvi zənginliyə aparan yol"adlı inşa müsabiqəsinin qaliblərinin təltif olunması oldu.29.10.2019 - cu il tarixdə kitabxanada keçirilən tədbirdə ən yaxşı yazı işlərinin müzakirəsi oldu.Yazılan inşalarda şagirdlərin yüksək yazı və nitq mədəniyyəti,düşüncə tərzi,kitabın insan həyatındakı rolu,insanın kitaba münasibəti bədii çalarlarla ifadə olunmuşdur. 9"A" sinif şagirdi Nilifərin həm məzmun,həm qramatik üslubi cəhətdən ən yaxşı yazı nümunəsi seçilərək diploma laiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi