Imadəddin Nəsimi irsi

25.10.2019 – cu il tarixdə Bakı Şəhəri üzrə Təhsil idarəsinin F – 326 nömrəli əmri ilə liseydə “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” adlı müsabiqə keçirilmişdir.Müsabiqə liseyin VIII – X siniflərini əhatə etmişdir.Müsabiqədə şagirdlərə İmadəddin Nəsimi yaradıcıllığına lirikasına aid 10 mövzuda tədqiqat işləri təqdim olunmuşdur.Şagirdlər Nəsimi yaradıcıllığında humanist, ümumbəşəri ideyalar,dünyəvi və ilahi məhəbbət,ictimai fəlsəfi lirika,panteizm ideyaları,təbiətin tərənnümü,hürufi müsəlmanları haqqında xeyli araşdırma aparmış,xeyli tədqiqat işi təqdim etmişlər.Müsabiqəyə təqdim olunan tədqiqat işləri içərisində 8”A” sinif şagirdi Qurbanova Nilufərin və 9 “A” sinif şagirdi Bayramov İlkinin araşdırmaları daha əhatəli, daha məzmunlu olduğu üçün qalib olmuş və növbəti mərhələdə iştirak hüququ qazanmışdır.Qaliblər diplomla təltif olunmuşlar.