Ilk dərslərimiz

      Liseyin Azərbaycan dili və Ədəbiyyat müəllimi İ. Cabbarova 5 "E" sinifində yeni tədris ilinin ilk saatı olaraq "Mütaliə mənəvi zənginliyə aparan yol" mövzusunda dərs keçdi.Dərsin motivasiya mərhələsində "Bir qalanın sirri"kinofilmindən mövzuya uyğun kadrlar izləndikdən sonra şagirdlərin fikirləri dinlənildi.Mütaliənin mahiyyəti,məqsədi və funksiyaları müəyyənləşdirildi.Mütaliə edən şəxslə mütaliədən kənarda qalan şəxslərin müzakirəsi aparıldı.Müdriklərin mütaliəyə aid fikirləri səsləndirildi,mövzuya aid şəkillərə baxıldı,maraqlı faktlar müzakirə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi