Gənc tarixçi tədqiqatçıların aşkara çıxarılması

        Təhsil Nazirliyinin 2019 – cu il üzrə elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olmuş “Gənc tarixçi tədqiqatların aşkara çıxarılması” adlı layihəmizin əsas məqsədi ümumtəhsil məktəblərinin və liseylərin 6 – 7 – ci sinif şagirdlərindən seçilmiş bir qrup istedadlı şagirdə tarixi öyrədərkən onların araşdırmaçı- tədqiqatçı bacarıqlarının aşkara çıxarmaq ,tarix elminin nəzəri bilikləri haqqında universitet müəllimlərinin yardımı ilə yaş həddi nəzərə alınaraq məlumatlandırmaq və tarixi abidələrimizə səyahət edərək gələcəkdə tarixçi kimi yetişmələrinə yardımçı olmaqdır.Sentyabr ayının əvvəlindən başlayaraq layihənin həyata keçirilməsi üçün hazırlıq və təşkilatı işlər görüləcəkdir.Bakı şəhəri ərazisində yerləşən bir neçə məktəb və liseylərə layihə haqqında məlumat göndəriləcək,liseyimizin facebook və rəsmi səhifələrində elanlar veriləcək,şagirdlərin nəlumatlandırılması təmin olunacaqdır.İstedadlı şagirdlərin aşkarlanması üçün seçim turunun vaxtı əvvəlcədən sosial şəbəkədə elan olunacaqdır.Müəllimlər seçim turuna düşəcək suallar hazırlayacaqlar.Bu dövr ərzində şagirdlərin seçilməsi planlaşdırılır.Seçim turu dünyagörüşü,məntiq və tarixi biliklər daxil olmaqla test üsulu ilə aparılacaqdır.Müəyyən qədər prosedural biliklərə (təhlil və tətbiq) və tədqiqatçılıq qabiliyyəti olan şagirdlərə üstünlük veriləcəkdir.Layihənin seçim turu Bakı şəhəri 16 nömrəli Texniki – Humanitar liseydə 20 sentyabr tarixində keçirilməsi planlaşdırılır.Şagirdlərə verilən suallar ümumi 100 balla qiymətləndiriləcəkdir.Şagirdlərə veriləcək sualların dünyagörüşü və məntiqdən 10 sual olmaqla cəmi 20 bal,tarixi biliyə əsaslanan sualların isə 20 sual olmaqla cəmi 80 balla qiymətləndirməyi planlaşdırırıq.Müsabiqədə ən yüksək nəticə göstərmiş ilk 25 nəfər şagird seçiləcəkdir.Seçim turunun nəticələri facebook sosial şəbəkəsindən yaradılacaq layihə səhifəsində 30 sentyabr tarixində elan olunacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi