Müəllimimiz İstanbul Beynəlxalq STEM konfransında

        13 – 14 İyun tarixlərində Türkiyənin İstanbul şəhərində Beynəlxalq STEM Təhsil Konfransı keçirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə qabaqcıl təcrübələrin öyrənilməsi məqsədi ilə Respublikanın 8 müəllimindən ibarət müəllim heyəti,o cümlədən liseyin riyaziyyat -informatika müəllimİ Fəridə Abbasova da Beynəlxalq STEM Təhsil konfransında iştirak edərək,hazırladığı layihə üzrə məqaləni konfransın keçirildiyi İstanbul Ayvansaray Universitetində təqdim etmişdir.Fəridə Abbasovanın "STEM və onun konseptual çərçivəsi" mövzusunda hazırladığı məqalə qəbul edilmiş,bunun əsasında Beynəlxalq STEM konfransına dəvət edilmiş və konfransda hazırladığı təqdimatla çıxış edərək Azərbaycanı Türkiyədə təmsil etmiş və diploma laiq görülmüşdür.Təqdimat Avropa STEM PD mərkəzi şəbəkəsinin və Türkiyə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu konfransın məqsədi müəllimlərin peşə inkişafına (PD) investisiya qoymaqla,məktəblərdə gündən -günə STEM təhsilini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi