"Son zəng" çalındı

        İyunun 14 – də liseydə “Son zəng” gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Nəsimi Rayonu İcra Hakimiyyətinin nümayəndəsi,müəllim və valideynlər iştirak etdilər.Himn oxunduqdan sonra tədbirdə ilk çıxış edən liseyin direktoru A.Hacıyeva məzunları və birinciləri təbrik etdi. 2018 – 2019 cu dərs ilində liseyin əldə etdiyi nailiyyətləri,qazandığı uğurları haqqında məlumat verdi.Təhsildə qazandığı yüksək nəticələrinə görə fərqlənən şagirdləri, müxtəlif müsabiqə və yarış qaliblərini,onların təlim – tərbiyəsində fərqlənən , liseyin ictimai işlərində fəal iştirak edən müəllimləri təbrik etdi, onlara yeni -yeni uğurlar arzuladı.Daha sonra Nəsimi Rayon İcra Hakimiyyəti nümayəndəsi və valideynlər çəxış etdilər.Tədbir məzunların,birinci və dördüncülərin rəngarəng mahnıları,rəqsləri,şeirləri ilə davam etdi.Rəmzi bilik açarını bu tədris ilində ən yüksək nəticə göstərmiş Ə.Vüsal,10”A”sinif şagirdi ,dərs əlaçısı, “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi K.Əliyə təqdim etdi. Sonda son zəng çalındı.Tədbir məzunların "Yallı " rəqsilə başa çatdı .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi