AXC - nin fəaliyyəti haqqında

Mayın 27 - də liseyin tarix müəllimi G.Abidinin 6"A"sinfindəki Azərbaycan tarixi dərsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, mövcüd olduğu dövrdə həyata keçirilən işlər,onun görkəmli nümayəndələri haqqında mövzulara həsr olundu.Müsəlman şərqində ilk parlamentli respublikanın Azərbaycanda yaradılması və 23 aylıq fəaliyyəti ilə atdığı mütərəqqi addımlardan bəhs olundu.