Müəllimimiz STEM layihəsində

        STEM (Elm, Texnologiya,Mühəndislik və Riyaziyyat) və digər innovativ təhsil proqramlarının (robotexnika, kibernetika,nanotexnologiyalar və s,)tədrisi” ilə bağlı təlimin bağlanış mərasimi keçirilib.Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, İsrail Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Dan Stav,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri,məktəb direktorları və digər şəxslər iştirak edib.Təhsil nazirinin müavini Firudin Qurbanov açılış nitqi ilə çıxış edərək son illər ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər və uğurlu layihələr barədə məlumat verib.Nazir müavini elm,təhsil və sənaye müəssisələrində innovativ inkişafın təmin edilməsi üçün konkret layihələrin icra olunduğunu xatırladıb və əlavə edib ki,təhsilin qarşısında duran vəzifə innovasiya fəaliyyətinin gücləndirilməsidir.Daha sonra çıxış edən İsrail dövlətinin Azərbaycandakı səfiri Dan Stav Azərbaycanla İsrail arasında mövcüd əlaqələrdən,ikitərəfli münasibətlərdəki irəliləyişdən söz açıb.Səfir bütün sahələrdə,o cümlədən təhsil müstəvisində münasibətlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.Qeyd edək ki,Təhsil Nazirliyinin təşəbbüsü ilə 3-31 mart və 13-18 may tarixində 50 təhsil mütəxəssisi İsraildə və Bakıda təlimlərdə iştirak ediblər.Həmin təlimlərdə liseyin informatika müəllimi Fəridə Abbasova da iştirak etmişdir.Təlimlər çərçivəsində STEM təhsil proqramının Azərbaycan kurikulumuna uyğunlaşdirılması və bu məzmunun yerli mütəxəssislərə çatdırılması ,məktəblərdə tətbiqi məsələlərində metodik göstərişlər alınıb.Sonda təlim iştirakçılarına ,o cümlədən F.Abbasovaya  sertifikatlar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi