Dini ziyarətgahlara ekskursiya

        Mayın 25 – də liseyin coğrafiya müəllimi S.Quliyevanın təşkilatçılığı ilə 8”A”sinif şagirdləri İçərişəhərdə yerləşən " Bəylər məscidi" nə və " Məhəmməd məscidi"nə ziyarət etmişlər.Şagirdlər İçərişəhərdə dini tikililər arasında yeni memarlıq üslubunun simgəsi hesab olunan Bəylər məscidi ilə yaxından tanış olmuş,bu məscidin yerli əhəmiyyətli tarixi memarlıq abidəsi olduğunun şahidi olmuşlar.Ziyarət zamanı uşaqlar İçərişəhər ərazisində tikilən sonuncu məscidin zalınin böyüklüyü və tikinti quruluşuna görə digər dini abidələrdən fərqləndiyinin,mükəmməl görünüşlü minarənin yuxarı hissəsinin Qərbi Avropaya xas olan dekorativ elementlərlə bəzədildiyinin şahidi olmuşlar.Daha sonra şagirdlər Məhəmməd məscidində olmuş,məscidin giriş qapısının üzərindəki epiqrafiq yazılarla  yaxından tanış olmuşlar.Xalq etimologiyası dilində abidənin adı həm də “Sınıqqala”kimi hallanan məscidin otaqları nı gəzmiş ,otaqlarda aşkar olunmuş kapitelli sütünlar və Bakı tarixinin qədimliyini sübut edən dəlillərlə məlumatlandırılmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi