İnsan hüquqları "Dəyirmi masa"da

        Mayın 23-də liseyin tarix müəllimi S.Allahyarovanın təşkilatçılığı ilə İnsan hüquqları aylığına həsr olunmuş “Dəyirmi masa” keçirildi . Tədbirdə ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və ölkə Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamına əsasən, hər il iyunun 18-nin respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunduğu vurğulandı. Ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı”nın keçirildiyi şagirdlərin diqqətinə çatdırıldı. Həmçinin respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan, bu sahədə  əldə  edilmiş nailiyyətlərdən, ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsindən, tolerantlıq,  multikulturalizm,  islam  həmrəyliyi  ideyalarının  dünyaya  yüksək  səviyyədə  çatdırılmasından və Azərbaycanda multikultural dəyərlərə böyük hörmətlə yanaşılmasından bəhs olundu. Aparılan söhbət və diskussiyalarda   insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaq məqsədi daşıması vurğulandı.Sonda şagirdlərin “Hüquq və vəzifələrimizi nə dərəcədə bilirik? “mövzusunda debatı ,”Bir sual ,bir cavab “ yarışması böyük maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi